Xəzər Xəbər

NATO-nun Baş katibi İsveçin iyul ayınadək alyansa qoşulmasına çalışacaq

Dünya | 14:30 • 31 Mart 2023
NATO-nun Baş katibi İsveçin iyul ayınadək alyansa qoşulmasına çalışacaq

NATO-nun Baş katibi Yens Stoltenberq alyansın Vilnüsdə sammitinin keçiriləcəyi iyul ayına qədər İsveçin hərbi bloka qoşulmasına nail olmaq niyyətindədir.

Xezerxeber.az xəbər verir ki, Yens Stoltenberq bu barədə “Politico” nəşrinə müsahibəsində deyib.

“Məqsədim əvvəlki kimi Türkiyədə seçkilərdən sonra, lakin Vilnüsdəki sammitədək İsveçin üzvlüyünü ratifikasiya etməkdir”, - deyə o bildirib.

Baş katib Türkiyədəki seçkilərin, İsveçdə Quranın yandırılması fonunda münasibətlərin gərginləşməsinin alyansın taleyinə necə təsir edəcəyinə toxunmayıb. O, həmçinin vurğulayıb ki, Finlandiya və İsveçin üzvlüyündən sonra Avropa İttifaqı əhalisinin 96 faizi NATO ölkələrində yaşayacaq.

Martın 30-da Türkiyə Böyük Millət Məclisi Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu yekdilliklə təsdiqləyib və beləliklə, Helsinki alyansa tamhüquqlu üzvlük üçün hüquqi əsas əldə edib.

Hazırda İsveçin NATO-ya daxil olmasi barədə protokolu alyansın 30 ölkəsindən yalnız Türkiyə ratifikasiya etməyib. Ankara bunun müqabilində Stokholmdan Türkiyəyə qarşı terror fəaliyyətində təqsirləndirilən kürdlərin, həmçinin 2016-cı ildə hərbi çevriliş cəhdində iştirak edən şəxslərin ekstradisiyasını tələb edir. Rəsmi Ankaranın fikrincə, İsveç Şimali Atlantika Alyansına üzvlük üçün Türkiyə ilə imzaladığı memorandum çərçivəsində inandırıcı addım atmayıb.

Xəbər lenti