Xəzər Xəbər

Kolumbiya Prezidentinin təyyarəsi sərnişin daşınmasında istifadə olunacaq

Dünya | 12:45 • 31 Mart 2023
Kolumbiya Prezidentinin təyyarəsi sərnişin daşınmasında istifadə olunacaq

Kolumbiyanın dövlət başçısı Qustavo Petro prezident təyyarəsinin və Hərbi Hava Qüvvələrinin təyyarə parkının iflasa uğrayan “Viva Air” və “Ultra Air” aviakompaniyalarının hava limanlarında qalan sərnişinlərini daşımaq üçün istifadə olunmasına göstəriş verib.

Xezerxeber.az xəbər verir ki, Kolumbiya Prezidenti bu barədə özünün tviter səhifəsində yazıb.

Qustavo Petro, həmçinin prezident təyyarəsindən böhran şəraitində istifadə olunması üçün bütün səfərlərdən imtina etdiyini bildirib. “Nəqliyyat Nazirliyi və Mülki Aviasiya İdarəsi ilə birgə aviasiya sahəsində yaranan fövqəladə vəziyyətlə mübarizə aparmaq üçün lazımi tədbirləri nəzərdən keçiririk”, - deyə dövlət başçısı əlavə edib.

Fevralın sonlarında Kolumbiyada aviadaşımaların 15 faizini yerinə yetirən “Viva Air” kompaniyası iqtisadi problemlər səbəbindən fəaliyyətini dayandırdığını elan edib. Martın 29-da isə ölkə bazarında səkkiz faiz paya sahib olan “Ultra Air” heç bir xəbərdarlıq etmədən işini dayandırıb. İki aviakompaniyanın bazardan eyni vaxtda çıxması Kolumbiya aeroportlarında xaos yaranmasına səbəb olub.

Rubrikanın digər xəbərləri

Türkiyədə prezident seçkilərinin nəticələri açıqlanır
Türkiyədə prezident seçkilərinin nəticələri açıqlanır ƏRDOĞAN ÖNDƏDİR/YENİLƏNİR
22:12 • 28 May 2023
Türkiyədə ikinci tur prezident seçkiləri başa çatıb
Türkiyədə ikinci tur prezident seçkiləri başa çatıb İLKİN NƏTİCƏLƏR AÇIQLANACAQ
18:02 • 28 May 2023
Türkiyə ikinci dəfə səs verir
Türkiyə ikinci dəfə səs verir FOTOLAR/YENİLƏNİB
17:18 • 28 May 2023
Ərdoğan və xanımı səs verdi
Ərdoğan və xanımı səs verdi FOTOLAR
15:30 • 28 May 2023
Türkiyədə Prezident seçkilərinin II turu keçirilir
Türkiyədə Prezident seçkilərinin II turu keçirilir YENİLƏNƏCƏK
09:09 • 28 May 2023
Kiyevdə partlayışlar olub
Kiyevdə partlayışlar olub ÖLƏN VƏ YARALILAR VAR
08:30 • 28 May 2023

Xəbər lenti