Xəzər Xəbər

Avropa Parlamentinin üzvləri Fransada polis zorakılığını dayandırmağı tələb ediblər

Dünya | 17:43 • 30 Mart 2023
Avropa Parlamentinin üzvləri Fransada polis zorakılığını dayandırmağı tələb ediblər

Avropa Parlamentinin deputatları Fransa hökumətindən pensiya islahatına etiraz edən dinc nümayişçilərə qarşı polis zorakılığının dayandırılması tələbi ilə çıxış ediblər.

Xezerxeber.az xarici KİV-ə istinadla xəbər verir ki, Avropa Parlamentinin solçular qrupundan olan deputatlar bununla bağlı Brüsseldə etiraz aksiyası keçiriblər. Əllərində “Fransada zorakılığı dayandırın” sözləri yazılmış plakatlar olan 20-dən çox millət vəkilləri fransız polisini nümayişçilərə qəddarcasına divan tutmaqda ittiham ediblər.

Avropa Parlamentinin solçular qrupunun yaydığı açıqlamada deyilir: “Fransada xalq demokratik sərbəst toplaşma hüququndan istifadə edərkən ifrat zorakılıqlı qarşılaşıb. Bütün parlamentlər bu qəddarlığa münasibət bildirməlidir. Zorakılığın heç bir bəhanəsi ola bilməz. Biz gücdən sui-istifadə edilməsinə göz yuma bilmərik”.

Fransanın Hautes-Alpes vilayətinə səfər edən Prezident Emmanuel Makron xalqın kəskin etirazları ilə qarşılanıb. O, mətbuata müsahibə verdiyi zaman meydana toplaşan insanlar tərəfindən fitə basılıb. Fransanın dövlət başçısı özü də etiraf edib ki, polis tərəfindən zorakılıq halları olub.

Emmanuel Makronun vilayətə gəlişindən bir neçə saat əvvəl insanların meydana çıxması qadağan edilib. Polis tərəfindən bir neçə nəfər həbs olunub.

Xəbər lenti

Un bahalaşdı VİDEO
19:34 • 21 May 2024