Xəzər Xəbər

Ərdoğan Təhlükəsizlik Şurasının iclasını keçirəcək

Dünya | 10:54 • 30 Mart 2023
Ərdoğan Təhlükəsizlik Şurasının iclasını keçirəcək

Türkiyədə bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qeyd olunur ki, iclas zamanı ilk növbədə seçkilərin təhlükəsizliyinin təmin olunması məsələləri müzakirə olunacaq.

İclasda həmçinin terrorla mübarizə əməliyyatları, regional və qlobal məsələlərin də müzakirə ediləcəyi gözlənilir.

Qeyd edək ki, bu, Şuranın il başlayandan indiyə qədər ikinci iclası olacaq. İclasın gündəliyində yer alan mövzular sırasında Egey və Şərqi Aralıq dənizində baş verən hadisələr, Yunanıstanın silahlanması, Egey dənizindəki təxribatları, həmçinin Şərqi Aralıq dənizində Türkiyə və Şimali Kiprin beynəlxalq hüquqdan irəli gələn haqlarının müdafiəsi istiqamətində səylərin müzakirəsi məsələlərinin də yer alması qeyd olunub.

Türkiyənin Ukrayna müharibəsində sülhə nail olmaq üçün göstərdiyi səylər və atəşkəs məsələsi də iclasda aparılacaq müzakirələrdə yer alacaq.

İclasdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Xəbər lenti