Xəzər Xəbər

Rusiya və Çin rəhbərləri iki sənəd imzalayıblar

Dünya | 20:53 • 21 Mart 2023
Rusiya və Çin rəhbərləri iki sənəd imzalayıblar

Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin Moskvada keçirilən danışıqların yekunlarına dair iki sənəd imzalayıblar.

Rusiya Prezidenti Vladimir Putin və bu ölkədə dövlət səfərində olan Çin lideri Si Cinpin arasında Kremldə baş tutan danışıqlar mətbuat konfransı, eləcə də iki ölkə arasında hərtəfəli tərəfdaşlıq və strateji qarşılıqlı fəaliyyət haqqında bəyanat, habelə 2030-cu ilədək Rusiya-Çin iqtisadi əməkdaşlığının inkişaf istiqamətlərinə dair bəyanatın imzlanması ilə başa çatıb.

Görüşün yekunlarına dair keçirilən mətbuat konfransında V.Putin danışıqları konstruktiv qiymətləndirib, iqtisadi və ticarət sahələrində əməkdaşlığı genişləndirmək imkanlarının olduğunu bildirib. O qeyd edib ki, beynəlxalq məsələlərin əksəriyyətində Rusiya və Çinin mövqeləri üst-üstə düşür. V.Putin Ukrayna böhranının həllinə dair Çin planının nizamlama üçün əsas götürülə biləcəyini vurğulayıb.

ÇXR Sədri Si Cinpin rusiyalı həmkarı ilə danışıqların səmimi və dostluq şəraitində keçdiyini, Çin-Rusiya əlaqələrinin müasir dünya düzənində mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi Rusiya və Çinin beynəlxalq münasibətlərin təməl normalarına əməl olunmasına çalışacaqlarını deyib. Si Çinpin ölkəsinin Ukrayna münaqişəsində BMT Nizamnaməsinin prinsiplərini rəhbər tutduğunu, münaqişənin danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu diqqətə çatdırıb. (AZƏRTAC)

Rubrikanın digər xəbərləri

Türkiyədə prezident seçkilərinin nəticələri açıqlanır
Türkiyədə prezident seçkilərinin nəticələri açıqlanır ƏRDOĞAN ÖNDƏDİR/YENİLƏNİR
22:12 • 28 May 2023
Türkiyədə ikinci tur prezident seçkiləri başa çatıb
Türkiyədə ikinci tur prezident seçkiləri başa çatıb İLKİN NƏTİCƏLƏR AÇIQLANACAQ
18:02 • 28 May 2023
Türkiyə ikinci dəfə səs verir
Türkiyə ikinci dəfə səs verir FOTOLAR/YENİLƏNİB
17:18 • 28 May 2023
Ərdoğan və xanımı səs verdi
Ərdoğan və xanımı səs verdi FOTOLAR
15:30 • 28 May 2023
Türkiyədə Prezident seçkilərinin II turu keçirilir
Türkiyədə Prezident seçkilərinin II turu keçirilir YENİLƏNƏCƏK
09:09 • 28 May 2023
Kiyevdə partlayışlar olub
Kiyevdə partlayışlar olub ÖLƏN VƏ YARALILAR VAR
08:30 • 28 May 2023

Xəbər lenti