Xəzər Xəbər

Çin və Rusiya liderləri 4.5 saatlıq danışıqdan sonra razılığa gəldi

Dünya | 10:48 • 21 Mart 2023
Çin və Rusiya liderləri 4.5 saatlıq danışıqdan sonra razılığa gəldi

ÇXR sədri Si Cinpin Rusiya prezidenti Vladimir Putinlə Ukraynanı müzakirə edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Çinin “Xinhua” agentliyi məlumat yayıb.

S.Cinpin vurğulayıb ki, Ukrayna məsələsində sülh və şüur səsləri artır, əksər ölkələr gərginliyin azaldılmasının tərəfdarıdır, sülh və danışıqların tərəfdarıdır və odun üstünə yağ tökməyin əleyhinədir. Tarix göstərir ki, münaqişələr dialoq və danışıqlar yolu ilə həll edilməlidir”, - KİV qeyd edib.

Həmçinin qeyd olunub ki, Çin rəhbəri Pekinin Rusiyanın Ukraynaya qarşı müharibəsi üçün “sülh planı” ictimailəşdirdiyini xatırladıb.

“Çin Ukrayna məsələsinin siyasi həllinin təşviqində qurucu rol oynamağa davam edəcək”, - Si Cinpin əlavə edib.

Öz növbəsində Putin bildirib ki, “Rusiya Çinin sülh planını diqqətlə öyrənib və danışıqlara açıqdır”.

Martın 20-də Çin sədri Si Cinpin Rusiyaya dövlət səfəri edib. Eyni gün Çin rəhbəri ilə Rusiya prezidenti Vladimir Putin arasında qeyri-formal görüş baş tutub. Danışıqlar 4,5 saat davam edib. 

Xəbər lenti