Rusiyanın əhalisi bir ildə 556 min nəfər azalıb.
Yerli media xəbər yayıb ki, 2023-cü il yanvarın 1-nə Rusiya əhalisinin sayı 146,4 milyon nəfər təşkil edib.
“Rosstat”ın açıqladığı məlumata görə, 2023-cü il yanvarın 1-nə Rusiya əhalisinin sayı 146,424 min nəfər olaraq qiymətləndirilir. 2022-ci il yanvarın 1-nə ölkə əhalisinin sayı 146,980 min nəfər hesablanıb.
Məlumata görə, son qiymətləndirmə Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətləri üzrə rəsmi statistik məlumatlar nəzərə alınmadan aparılıb.
Ölkənin şəhər əhalisi 2023-cü il yanvarın 1-nə “Rosstat” tərəfindən 109,6 milyon nəfər, kənd əhalisi 36,8 milyon nəfər olaraq qiymətləndirilib.