Xəzər Xəbər

Rusiya vətəndaşlığı alanların sayı azalıb

Dünya | 14:09 • 31 Yanvar 2023
Rusiya vətəndaşlığı alanların sayı azalıb

Ötən il Rusiya vətəndaşlığı alanların sayı 44 min nəfər azalıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya DİN-in məlumatında qeyd edilib.

Məlumatda ölkədə miqrasiyanın vəziyyətinə dair hesabatında ötən il 691 min nəfərə vətəndaşlıq verildiyi göstərilib. Bu, əvvəlki illə müqayisədə 44 min nəfər azdır.

Eyni zamanda, 2022-ci ildə 141 min əcnəbinin Rusiyaya girişinə qadağa qoyulub ki, bu da 2021-ci ildəkindən 35 min nəfər azdır.

Keçən il 40 rusiyalı vətəndaşlıqdan imtina edib.

Xəbər lenti