Xəzər Xəbər

ABŞ Ukraynanı “F-16”larla təmin etmək niyyətində deyil

Dünya | 13:11 • 31 Yanvar 2023
ABŞ Ukraynanı “F-16”larla təmin etmək niyyətində deyil

ABŞ administrasiyası Ukraynanı “F-16” qırıcı təyyarələri ilə təmin etmək niyyətində deyil.

Xezerxeber.az TASS-a istinadla xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden bazar ertəsi jurnalistlərin suallarını cavablandırarkən deyib.

Jurnalistlər ABŞ-nin dövlət başçısından Vaşinqtonun Kiyevə “F-16”ları göndərmək haqqında planını soruşublar. O isə “yox”, - deyə cavab verib.

Xəbər lenti