Xəzər Xəbər

Bir sıra ölkələr İrandakı səfirliklərinin fəaliyyətini dayandırmaq istəyirlər

Azərbaycan səfirliyi İranı tərk edən yeganə diplomatik missiya olmaya bilər
Dünya | 14:17 • 30 Yanvar 2023
Bir sıra ölkələr İrandakı səfirliklərinin fəaliyyətini dayandırmaq istəyirlər

Bir sıra ölkələrin səfirlikləri İrandakı fəaliyyətlərini dayandırmaq istəyirlər.

Trend-in əldə etdiyi məlumata görə, Azərbaycan səfirliyi İranı tərk edən yeganə diplomatik missiya olmaya bilər.

Belə ki, Azərbaycan səfirliyinə qarşı terror hücumu ardından da İranda baş verən hadisələr, müxtəlif vilayətlərdəki raket hücumları bir sıra ölkələrin səfirliklərini də ölkəni tərk etməyə vadar edə bilər. Artıq bəzi ölkələrin səfirlikləri əməkdaşlarının Azərbaycan üzərindən çıxarılması barədə düşünürlər.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Hazırda hadisənin istintaqı aparılır.

Xəbər lenti

Çox oxunanlar