Xəzər Xəbər

Ukrayna ali məktəblərinə qəbul olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Dünya | 10:20 • 5 Dekabr 2022
Ukrayna ali məktəblərinə qəbul olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Müharibə dövründə Ukrayna ali məktəblərinə sənəd verən Azərbaycan vətəndaşlarından 395 nəfər qəbul olunub.

Bu barədə “Report”un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq Ukrayna Elm və Təhsil Nazirliyindən bildiriblər.

Məlumata görə, bu şəxslər 2022-ci ilin əvvəlindən dekabrın 2-ə qədər olan dövrdə Ukrayna ali təhsil müəssisələrinə qəbul olunub.

Xəbər lenti