Xəzər Xəbər

Azərbaycanda seçicilərin sayı açıqlanıb

Cəmiyyət | 16:30 • 27 May 2024
Azərbaycanda seçicilərin sayı açıqlanıb

Azərbaycanda seçicilərin sayı açıqlanıb.

Xezerxeber.az-ın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib ki, ölkədə səsvermə hüququ olan 6 milyon 326 min 764 şəxs var.

Onların 47.55 faizi kişi, 52.45 faizi isə qadınlardır.

 Məzahir Pənahov açıqlayıb ki, ən yaşlı qadın seçici 78 saylı Lənkəran kənd seçki dairəsinin 38 saylı seçki məntəqəsində qeydiyyatda olan 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızıdır.

Ən yaşlı kişi seçici isə 28 saylı Sabunçu üçüncü seçki dairəsinin 47 saylı seçki məntəqəsində qeydiyyatda olan 1915-ci il təvəllüdlü İbrahimov Hilal İsa oğludur.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024