Xəzər Xəbər

FHN: Bəzi açıq sahələrdə Kür məcradan çıxıb

Cəmiyyət | 18:17 • 26 May 2024
FHN: Bəzi açıq sahələrdə Kür məcradan çıxıb

Ölkənin bəzi ərazilərində davam edən leysan xarakterli intensiv yağışlar, həmçinin qonşu Gürcüstanda Kür çayının hövzəsində müşahidə edilən güclü yağışlar nəticəsində Kür çayının səviyyəsinin kəskin artması səbəbindən bəzi açıq sahələrdə suyun məcradan çıxması baş verib, lakin yaşayış məntəqələrinə hər hansı təhlükə qeydə alınmayıb.

Xezerxeber.az xəbər verir ki. bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bununla belə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə təhlükəli vəziyyətlə əlaqədar hər hansı müraciət daxil olmayıb. Hazırda FHN tərəfindən mövcud şərait diqqətlə izlənilməklə vəziyyət tam nəzarət altında saxlanılır.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024