Xəzər Xəbər

Ötən il imtahanların keçirilməsi üçün xərclənən vəsait açıqlanıb

Cəmiyyət | 11:14 • 23 May 2024
Ötən il imtahanların keçirilməsi üçün xərclənən vəsait açıqlanıb

Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin aparılması, orta ixtisas təhsili müəssisələrinə və ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə tələbə qəbulu ilə bağlı keçirilən imtahanlarda abituriyentlərin ilk dəfə iştirakı üçün xərcləri üzrə ayrılan 19,3 milyon manat vəsait tam icra edilib.

Xezerxeber.az xəbər verir ki, bu Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda öz əksini tapıb.

Hesabat ilində ali təhsil müəssisələri üzrə test imtahanlarında, bakalavriat səviyyəsi üzrə jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün yazılı imtahanda, coğrafiya fənni üzrə əlavə imtahanda, peşə liseyi məzunları üçün Azərbaycan dili imtahanında, rus bölməsi abituriyentləri üçün Azərbaycan dili üzrə test imtahanında, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı test imtahanında, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı test imtahanında və s. ümumilikdə 509 876 namizəd iştirak edib.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024