Xəzər Xəbər

Leysan yağacaq, çaylardan daşqın və sel keçəcək XƏBƏRDARLIQ

Cəmiyyət | 14:15 • 11 Aprel 2024
Leysan yağacaq, çaylardan daşqın və sel keçəcək

Aprelin 14-ü gündüz şimal və qərb rayonlarından başlayaraq 15-i gündüzədək bəzi yerlərdə arabir yağıntı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Xezerxeber.az-a verilən xəbərə görə, ayrı-ayrı yerlərdə (Qarabağ, Şərqi Zəngəzur, Naxçıvan MR, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran) leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Xəbər lenti