Xəzər Xəbər

Sədr müavini: Kişi müəllimlərin sayının artırılmasına ehtiyac var

Cəmiyyət | 11:12 • 5 Mart 2024
Sədr müavini: Kişi müəllimlərin sayının artırılmasına ehtiyac var

Azərbaycanda təhsil sahəsində gender bərabərliyinin pozulduğunu müşahidə edirik.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Azərbaycan Standartlaşdırma İnstitutu və Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) birgə təşkilatçılığı ilə keçirilən “Standartlaşdırmada gender bərabərliyi” adlı tədbirdə deyib.

"Gender bərabərliyi ictimai həyatın bütün sahələrində kişi və qadınların bərabərliyini nəzərdə tutur. Lakin təhsildə gender bərabərsizliyi var. Kişi müəllimlərin sayının artırılmasına ehtiyac var. 4 ildir ki, gender bərabərliyi ilə bağlı qanunun yerinə yetirilməsi ilə bağlı məlumatlar toplayırıq", - deyə sədr müavini vurğulayıb.

S.Qəhrəmanova əlavə edib ki, tikinti sahəsində də standartlaşdırmaya diqqət yetirilməlidir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024