Xəzər Xəbər

Ali təhsil müəssisələrində təhsil alan əlilliyi olan şəxslərin sayı açıqlandı

Cəmiyyət | 11:48 • 4 Mart 2024
Ali təhsil müəssisələrində təhsil alan əlilliyi olan şəxslərin sayı

Dövlət və özəl ali təhsil müəssisələrinin bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində 1071 nəfər əlilliyi olan şəxs imtiyazlı təhsil alır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, mövcud qanunvericiliyə əsasən, orqanizmin funksiyalarının 61-80 və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, habelə 18 yaşınadək əlilliyi müəyyən olunmuş şəxslər, dövlət peşə təhsili müəssisələrinə münasibətdə isə digər əlilliyi olan şəxslər ödənişli əsaslarla təhsil aldıqda onların təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına qarşılanır.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024