Xəzər Xəbər

Qarşıdakı iki ayda Füzuli şəhərinə 300-dən çox ailə köçürüləcək

Cəmiyyət | 16:10 • 21 Fevral 2024
Qarşıdakı iki ayda Füzuli şəhərinə 300-dən çox ailə köçürüləcək

Füzuli şəhərində artıq 527 ailə məskunlaşıb. Bu, təqribən 2000 nəfərə yaxın insan deməkdir.

Xezerxeber.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev "Qarabağ bölgəsində su və kanalizasiya infrastrukturunun yenidən qurulması" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Bəşir Hacıyev əlavə edib ki, qarşıdakı iki ayda Füzuli şəhərinə köçən ailələrin sayı 846-a çatacaq.

Qeyd edək ki, hazırda köç prosesi davam edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024