Xəzər Xəbər

DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Cəmiyyət | 15:43 • 9 Dekabr 2023
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Hazırda müşahidə olunan yağışlı, dumanlı hava şəraiti yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır.

Xezerxeber.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən bildirilib ki, xüsusilə gecə və səhər saatlarında dumanlı, yaxud çiskinli hava görünüş məsafəsini məhdudlaşdırır. Bu da sürücünün digər hərəkət iştirakçılarını, nizamlama vasitələrini vaxtında və aydın görməsinə ciddi maneə yaradır.

Həftənin şənbə və bazar günləri avtomobil yollarında hərəkət intensivliyinin digər günlərə nisbətən daha da artacağını nəzərə alaraq, hərəkət iştirakçılarına əlverişsiz havada daha diqqətli olmağı, ələlxüsus səfərə çıxan sürücülərə sürət həddini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə edilib.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024