Xəzər Xəbər

Azərbaycanda 50 yaşdan aşağı cəmi 7 elmlər doktoru var AÇIQLAMA

Cəmiyyət | 11:44 • 29 Noyabr 2023
Azərbaycanda 50 yaşdan aşağı cəmi 7 elmlər doktoru var

"Nə qədər acı olsa da deməliyik ki, son 5 ildə fəlsəfə doktorluğu üzrə namizədlik verənlər barmaqla sayılacaq qədərdir".

Xezerxeber.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın ümumi yığıncağında deyib.

O bildirib ki, 30 yaşdan yuxarı müdafiə etmək çox gecdir.

"Nəzərə alsaq ki, 21 yaşında universiteti bitirir, lakin 30 yaşdan sonra müdafiə edirlər. Deməli, qayğı və diqqətə ehtiyac var. 50 yaşdan aşağı elmlər doktorlarının sayı bu gün cəmi 7 nəfərdir. Biz hara gedirik? Ona görə də gəncliyə diqqət olmalıdır və bu istiqamətdə iş görülür".

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024