Xəzər Xəbər

“TikTok”da “@gizlikamerasatisi” səhifəsinin sahibi SAXLANILDI

Cəmiyyət | 19:28 • 28 Noyabr 2023
“TikTok”da  “@gizlikamerasatisi” səhifəsinin sahibi

“TikTok”da qanunazidd hərəkətlərə yol verən şəxs saxlanılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri ilə iki nəfərin kart hesablarından 920 manat və 1200 avro oğurlamaqda şübhəli bilinən Raul Rəşad oğlu Əmrahov müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı onun “TikTok”da “@gizlikamerasatisi” adlı səhifə yaradaraq sosial şəbəkə istifadəçilərinə qarşı qanunazidd hərəkətlərə yol verdiyi məlum olub.

R.Əmrahovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa polis orqanlarına müraciət edə bilərlər:

"Bir daha vətəndaşları internet üzərindən edilən təkliflərlə bağlı diqqətli olmağa tanımadığınız şəxslərə, etibar etmədiyiniz səhifələrə onlayn qaydada ödəniş etməməyi tövsiyə edirik. Kibercinayətkarlıqla üzləşdiyiniz təqdirdə isə bu barədə polisə məlumat verə bilərsiniz".

Xəbər lenti

Çox oxunanlar