Xəzər Xəbər

Tıxacları əvvəlcədən bilmək mümkün olacaq - Bakı şəhərinin 3D xəritəsi çəkilir

Cəmiyyət | 10:50 • 3 Oktyabr 2023
Tıxacları əvvəlcədən bilmək mümkün olacaq - Bakı şəhərinin 3D xəritəsi çəkilir

Bakı şəhərinin 3D xəritəsini çəkirik. Bu, daha dəqiq və müasir mobil xəritə olacaq. Bu gün hamı üçün getdiyi yeri əvvəlcədən görə bilmək, seçim etmək və ora daha tez çatmaq birinci məsələlərdən biridir. Vətəndaşlarımız 3D xəritəyə baxıb istədikləri yer haqqında məlumat əldə edə biləcəklər. Bununla yanaşı, mobil tətbiqin hazırlanması istiqamətində işlərimiz gedir. Bu sahədə də çalışırıq.

Xezerxeber.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi Namidan Piriyev AZƏRTAC-a müsahibəsində deyib.

O bildirib ki, mobil tətbiq vasitəsilə vətəndaşlar yollar barədə məlumat alacaqlar: "Harada sıxlıq, qəza var, hansı yolla gedəcəyimiz yerə daha taz çatmaq olar kimi məlumatlar veriləcək. Hazırda isə bu cür məlumatları sosial şəbəkələr və media vasitəsilə veririk. Düzdür, həmin proqramlar var. Bizim üstünlüyümüz o olacaq ki, yolda qəza və ya texniki nasazlıq olacağı halda biz onu mobil tətbiqə daha tez daxil edə biləcəyik. Yəni, bunu sıxlıq yaranan kimi görəcəyik. İndi istifadə olunan proqramlarda əvvəlcə həmin ərazi xəritədə qızarır, sonra görə bilirsiniz. Amma 3D xəritədə bunları daha operativ və dəqiq görə biləcəyik".

Xəbər lenti

Un bahalaşdı VİDEO
19:34 • 21 May 2024