Xəzər Xəbər

AZAL Türkiyədə təhsil alan azərbaycanlı tələbələr üçün güzəştli tariflər təklif edib

Cəmiyyət | 16:17 • 28 Sentyabr 2023
AZAL Türkiyədə təhsil alan azərbaycanlı tələbələr üçün güzəştli tariflər təklif edib

Azərbaycanın milli aviadaşıyıcısı Türkiyədə ali təhsil alan Azərbaycan vətəndaşları üçün xüsusi güzəştli tariflər təklif edir. Tələbələr üçün endirimlər aviaşirkətin Bakıdan Türkiyə şəhərlərinə və əks istiqamətə yerinə yetirilən reyslərinə şamil olunur.

Xezerxeber.az xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.

Qeyd olunub ki, endirimli aviabiletlərin bronlaşdırılması üçün aviaşirkətin çağrı mərkəzinə (callcenter@azal.az) müraciət etmək lazımdır. Güzəştli aviabiletlərin rəsmiləşdirilməsi üçün yaşayış icazəsini təqdim etmək zəruridir. Aviabiletlərin bronlaşdırılması planlaşdırılan gediş tarixindən ən gec 14 gün əvvəl həyata keçirilməlidir. Tələbələrə səyahətlərini əvvəlcədən planlaşdırmaq və qeyd edilmiş vaxt ərzində biletləri bron etmək tövsiyə olunur. Tələbələr bu təklifdən ildə iki dəfə yararlana bilərlər ki, bu da təhsil müddətində səyahət xərclərini əhəmiyyətli dərəcədə azaltmaq imkanı verəcək. Qeyd edək ki, yaxın gələcəkdə “Azərbaycan Hava Yolları” digər xarici ölkələrdə təhsil alan tələbələr üçün də xüsusi endirimli tariflər tətbiq etməyi planlaşdırır. Əlavə suallar yarandığı təqdirdə callcenter@azal.az elektron ünvanına və ya +994 (55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət etmək olar.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024