Xəzər Xəbər

"Yüksəliş”in nəticələri AÇIQLANIR

Cəmiyyət | 12:35 • 10 İyun 2023
"Yüksəliş”in nəticələri
İmtahan başlayandan bu saatlara qədər hansısa qanun pozuntusu qeydə alınmayıb.

Xezerxeber.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bildirib.

O qeyd edib ki, imtahandan sonra iştirakçıların nəticələri şəxsi kabinetlərində yerləşdiriləcək.

"İki saatdan sonra nəticələr məlum olacaq. Artıq biz biləcəyik ki, sabahkı imtahanda kimlər iştirak etmə hüququ qazanacaq”, - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin ilk imtahanı olan qabiliyyət üzrə yoxlama imtahanı keçirilir.

İmtahan günündə bütün imtahan mərkəzlərində qeydiyyat saat 10:00-da başlanıb və 10:40-da bitib. Qabiliyyət üzrə yoxlama imtahanının müddəti 2 saat 30 dəqiqədir. Qabiliyyət üzrə yoxlama və idarəetmə bacarıqları üzrə imtahanlarla bağlı daha ətraflı məlumat iştirakçıların şəxsi kabinetinə yerləşdirilən təlimatda izah olunub.

Xəbər lenti