Xəzər Xəbər

İyun ayının pensiyaları ÖDƏNİLİB

Cəmiyyət | 13:33 • 9 İyun 2023
İyun ayının pensiyaları

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə iyun ayının pensiyaları ödənilib.

Xezerxeber.az bu barədə Nazirliyə istinadən məlumat verir.

Məlumatda bildirilir ki, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının da ödəniləcəyi qeyd edilib.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024