Xəzər Xəbər

Leysan yağıb, dolu düşüb FAKTİKİ HAVA

Cəmiyyət | 11:54 • 5 İyun 2023
Leysan yağıb, dolu düşüb

Milli Hidrometeorologiya Xidmətini iyunun 5-i saat 11:00-a olan məlumatına əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Xidmətdən Xezerxeber.az-a bildirilib ki, düşən yağıntının miqdarı Balakən, Qax, Qrız, Sabirabad, Yevlax, Tərtər, Şahdağ, Şəki, Zaqatala, Ağstafa, Şəmkir, Naftalan, Daşkəsən, Sədərək, Şərur, Naxçıvanda 2 mm-dək olub.

Gədəbəy rayonunun Zəhmət kəndində saat 18:35-18:45 radələrində diametri 4-6 mm, Quba rayonunun Qudyalçay-Qımıl məntəqəsinə isə saat 20:28-20:32 radələrində xırda dənəli dolu düşüb.

Qərb küləyi Naxçıvanda və Naftalanda arabir 20 m/s, Mingəçevirdə 16 m/s -dək güclənib. Şahdağ, Lerik, Qrızda duman müşahidə olunub.

Havanın temperaturu iyunun 4-də iqlim normasından 4.7 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvanda 35, dağlıq rayonlarda 29, yüksək dağlıq ərazilərdə 16, Aran rayonlarında 35 dərəcəyədək isti olub.

Xəbər lenti