Xəzər Xəbər

Qabiliyyət imtahanının nəticəsi yalnız abituriyentin imtahan verdiyi il qüvvədə olur

Cəmiyyət | 13:13 • 27 May 2023
Qabiliyyət imtahanının nəticəsi yalnız abituriyentin imtahan verdiyi il qüvvədə olur

Qabiliyyət imtahanının nəticəsi yalnız abituriyentin imtahan verdiyi il qüvvədə olur. Bunun üçün də xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər cari ildə keçirilən müvafiq qabiliyyət imtahanlarında iştirak etməlidirlər.

Xezerxeber.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, qəbul (V ixtisas qrupunda cari ilin abituriyentləri buraxılış) imtahanında topladığı ümumi balı verilmiş müvafiq şərtini (1 nömrəli əlavə) ödəyən abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, xüsusi qabiliyyət tələb edən ixtisaslar 6 istiqamətdə - təsviri sənət, musiqi sənəti, memarlıq, teatr kino və xoreoqrafiya sənəti, jurnalistika, bədən tərbiyəsi və idman üzrə qruplaşdırılır.

Xəbər lenti