Xəzər Xəbər

Bakı metrosunda kimyəvi buxarlanma olub

Cəmiyyət | 15:44 • 31 Mart 2023
Bakı metrosunda kimyəvi buxarlanma olub

"Gənclik" stansiyasının vestibülündə bir sərnişinin əlindən içində xlor maddəsi olan şüşə balon düşüb və maye buxarlanması olub.

Xezerxeber.az xəbər verir ki, “Bakı metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

“Dərhal müvafiq tədbirlər görülüb, o cümlədən balonun düşdüyü yer təmizlənib. Sərnişinlərin təhlükəsizliyinə xələl gətirə biləcək hadisə baş verməyib”, - deyə məlumatda bildirilir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024