Xəzər Xəbər

Bakıda bir neçə obyekt sökülüb

Cəmiyyət | 12:59 • 31 Mart 2023
Bakıda bir neçə obyekt sökülüb

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin görülməsi davam etdirilir.

Xezerxeber.az FHN-in saytına istinadən xəbər verir ki, bu cür tədbirlərin davamı olaraq, Xəzər rayonunun, Buzovna və Binə və Şağan qəsəbələri ərazisində yerləşən bir neçə qeyri-yaşayış obyekti sökülüb.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin birgə yoxlamaları nəticəsində obyektlərin icazəsiz tikildiyi, tikinti norma və qaydalarının tələblərinə və şəhərsalma prinsiplərinə cavab vermədiyi, layihədən kənar inşa olunduğu, həmçinin yanğın təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri təmin olunmadan insanların həyat və sağlamlığına potensial təhlükə yaratdığı müəyyən edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin məsləhətçisi Adil Bayramov jurnalistlərə açıqlamasında obyektlərin ayrı-ayrı fiziki şəxslərə aid olduğunu deyib.

Qurum rəsmisi bildirib ki, qanunsuz inşa edilmiş qeyri-yaşayış sahələrinin sökülməsi üçün Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən müraciət olunub. Araşdırma zamanı obyektin tikintisi üçün icazə sənədi olmadığı məlum olub.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi mütəmadi olaraq tikinti fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edir, inşaat işlərinin bütün mərhələlərində mövcud qanunvericiliyin tələblərinə ciddi əməl etməyə çağırır. Pozuntular aşkarlanmış obyektlərlə bağlı isə qanunvericiliyə uyğun sərt tədbirlərin görülməsi davam etdiriləcək.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar