Xəzər Xəbər

İpoteka kreditləri üzrə müraciət tarixləri açıqlanıb

Cəmiyyət | 14:41 • 31 Yanvar 2023
İpoteka kreditləri üzrə müraciət tarixləri açıqlanıb

Azərbaycanda ipoteka kreditləri üzrə müraciət tarixləri açıqlanıb.

Xezerxeber.az İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir ki, adi ipoteka kreditləri üzrə müraciətlərin qəbulu 01.02.2023-cü il tarixində saat 10:00-dan, güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbulu isə 02.02.2023-cü il tarixində saat 10:00-dan başlayacaq.

Qeyd edək ki, ipoteka kreditlərinin verilməsi şərtləri və güzəştli ipoteka kreditlərindən faydalana biləcək şəxslərin siyahısı barədə məlumatları Fondun rəsmi internet səhifəsindən (www.mcgf.gov.az/menu/46) əldə edə bilərsiniz.

Xəbər lenti