Xəzər Xəbər

Hərbi yol polisinin şəxsi heyəti ilə təlim-metodiki toplantı keçirilib

Cəmiyyət | 16:00 • 29 Yanvar 2023
Hərbi yol polisinin şəxsi heyəti ilə təlim-metodiki toplantı keçirilib

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində hərbi yol polisinin bir qrup şəxsi heyəti ilə təlim-metodiki toplantı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Təlim-metodiki toplantıda sürücülər tərəfindən yol hərəkəti qaydalarına əməl edilməsinə, hərəkət təhlükəsizliyinin təmin olunmasına dair əmrlərin tələblərinə, həmçinin qarnizon hərbi hissələrinin avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılması, onlardan təyinatı üzrə istifadə edilməsi, yol sənədlərinin düzgün tərtib edilməsi mövzusunda maarifləndirici söhbətlər aparılıb.

Hərbi qulluqçulara Müdafiə Nazirliyi rəhbərliyinin tələb və göstərişləri çatdırılıb, xidmətin düzgün və keyfiyyətli təşkili ilə bağlı tövsiyələr verilib.

Tədbirdə, həmçinin müvafiq dövlət qurumları ilə birgə fəaliyyətin təşkili barədə fikir mübadiləsi aparılıb.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti