Xəzər Xəbər

Lavrov: “Beş rayonun geri qaytarılmasının tərəfdarıyıq”

Gündəm | 14:24 • 23 Sentyabr 2020
Lavrov: “Beş rayonun geri qaytarılmasının tərəfdarıyıq”

Rusiya ATƏT-nin Minsk qrupunun həmsədri kimi problemin həllinə öz dəstəyini verir və bu sahədə səylərini əsirgəmir.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə keçirdiyi görüşdə belə bəyanat səsləndirib.

O bildirib ki, ErmənistanınBaş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər münaqişənin nizamlanması prosesinə maneə törədir.

"Bu, rəsmi Moskvanın mövqeyidir. Rusiya tərəfi nizamlama prossesində işğal olunmuş beş rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır”, - deyə S.Lavrov əlavə edib.

Xəbər lenti