Xəzər Xəbər

Azərbaycanda ŞOK HADİSƏ: 45 yaşlı ailəli kişi 15 yaşlı qıza təcavüz etdi, sonra...

Hadisə | 16:27 • 23 Yanvar 2020
Azərbaycanda ŞOK HADİSƏ:

Azərbaycanda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə və digər ağır cinayətlərdə ittiham olunan Elçin Babayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yevlax şəhər sakini, 1971-ci il təvəllüdlü Elçin Babayev ilk cinayətini yaşadığı şəhərdə törədib. Ailəli olan və orta təhsilli Elçin Babayev Yevlax rayonunda bir qıza təcavüz edib.

Kür çayının sahilində intim əlaqə

Belə ki, Elçin Babayev sosial şəbəkədə 2001-ci il təvəllüdlü Sevda Vəliyeva ilə tanış olub. Bir qədər sonra o, 2016-cı ildə yetkinlik yaşına çatmayan qızı "Kür çayı”nın sağ sahilinin Yevlax rayonunun Cırdaxan kəndinin ərazisindən keçən hissəsinə aparıb.

Orada Elçin Babayev Sevda ilə qarşılıqlı razılıq əsasında cinsi əlaqədə olub. Qarşılıqlı razılıq əsasında cinsi əlaqədə olduğu üçün qız ilkin əvvəl bu barədə heç kimə bir söz deməyib.

Qızı aldatdı

Bundan sonra onların arasında sevgi münasibəti yaranıb. Elçin Babayev qıza vəd edib ki, yetkinlik yaşına çatandan sonra ailəsi olan arvadından boşanacaq, onunla birgə yaşayacaq.

Bundan sonra Elçin Babayev dələduzluq əməlləri törətməyə başlayıb. O, həmin ilin iyunun 4-də həmyerlisi Əhməd Əhmədova qarşı dələduzluq edib.

Ata və oğula qarşı dələduzluq

Elçin Babayev Əli Məmmədova sonuncunun oğlu Səlim Məmmədovun Mingəçevir şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə Yol Polis Xidməti inspektoru vəzifəsinə bərpa etdirəcəyini vəd verib. O, aldatma yolu ilə Səlim Məmmədovun yenidən tibbi müayinədən keçirilməsi adı ilə sonuncunun yaşadığı Yevlax şəhəri, M.Müşfiq küçəsi ndəki evdə 4.000 manat, iyunun 9-da Səlim Məmmədovun kursa yazılacağı bəhanəsi ilə yenə həmin ünvanda 3.000 manat, iyunun 18-də DİN-in Kadr İdarəsinə çatdırılması adı ilə Yevlax şəhərində yerləşən "AzPetrol” Yanacaq Doldurma məntəqəsinin yanında 3.000 manat, iyunun 23-də "İşi düzəldən” Arzu adlı şəxsə çatdırmaq bəhanəsi ilə Gəncə şəhərində yerləşən Elm Mərkəzinin yanında 3.000 manat, iyunun 25-də DİN-də rəhbər şəxsə verilməsi bəhanəsi ilə Yevlax şəhər avtovağzalında 3.000 manat, iyunun 26-d Səlim Məmmədovun kurs qiymətlərinin yazılması bəhanəsi ilə Yevlax şəhəri M.Müşfiq küçəsi 60 saylı ünvanda 3.000 manat, yenə də işi düzəldən şəxsə çatdırmaq adı ilə iyunun 28-də Yevlax şəhəri, M.Müşfıq küçəsi 60 saylı ünvanda 2.500 manat, iyulun 9-da guya işin düzəlməsi ilə əlaqədar olaraq "şirinlik” adı ilə Yevlax şəhər avtovağzalında 1.000 manat, avqustun 19-da Əli Məmmədovun özünün Mingəçevir şəhər Telekoma müavin vəzifəsinə işə düzəldəcəyi bəhanəsi ilə Yevlax şəhəri, M.Maqomayev küçəsi, 32 saylı ünvanda 3.000 manat pulunu ələ keçirib. Ümumilikdə o, ata və oğula 25.500 manat məbləğində ziyan vurub.

Polis düzəltmək adı ilə dələduzluq

Bundan başqa Elçin Babayev Vahid Xəlilovun oğlu Nihad Xəlilovun Mingəçevir şəhər, Mühafizə polisinə polis nəfəri vəzifəsinə işə düzəldəcəkləri barədə yalan vəd verib. O, aldatma yolu ilə sentyabrın 14-də Yevlax şəhəri, Çənlibel qəsəbəsi ərazisində yerləşən çayxanada Vahid Xəlilovdan 8.000 manat alıb.

Qəbristanlığın yanında tutuldu

Seksual xarakterli zorakılıq və dələduzluq cinayətlərini törədən Elçin Babayev daha sonra Bakı şəhərinə gəlib. Burada isə o, narkotik alveri ilə məşğul olması barədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olub.

Əməliyyat-axtarış tədbiri zamanı Elçin Babayev Sabunçu rayonu, Pirşağı kəndində yerləşən qəbristanlığın yaxınlığında saxlanılıb. Onun icazəsi ilə üstünə baxış keçirilərkən polietilen torbada külli miqdarda - təmiz çəkisi 3005 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisi aşkar edilərək götürülüb.

5 maddəli cinayət işi

İstintaq orqanı tərəfindən Elçin Babayevin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə), 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.

8 il cəza

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Babayev 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Elçin Babayev apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, yeni qanuni, əsaslı və ədalətli qərarın qəbul edilməsi xahiş edib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Elçin Babayevin şikayəti təmin edilməyib. Bu qərardan narazı qalan Elçin Babayev kasasiya şikayəti verib.

Elçin Babayevin kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Məhkəmə Elçin Babayevin kasasiya şikayətini təmin etməyib.

publika.az

Rubrikanın digər xəbərləri

Kəlbəcərdə yük maşını aşıb
Kəlbəcərdə yük maşını aşıb ölən var
15:26 • 17 Mart 2024
Xəzər dənizində
Xəzər dənizində ZƏLZƏLƏ
19:12 • 15 Mart 2024
Bakıda iki nəfər tonqala düşüb
Bakıda iki nəfər tonqala düşüb
11:33 • 13 Mart 2024
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb FİLM KİMİ CİNAYƏT
09:35 • 13 Mart 2024
Polis əməkdaşları həlak olublar
Polis əməkdaşları həlak olublar
06:43 • 13 Mart 2024
Balakəndə bacısını bıçaqlayan şəxs
Balakəndə bacısını bıçaqlayan şəxs SAXLANILDI
09:40 • 12 Mart 2024

Xəbər lenti