Xəzər Xəbər

Hər gün yediyimiz bu qidalar xərçəngi yaradır ŞOK ARAŞDIRMA

Cəmiyyət | 14:15 • 17 Sentyabr 2019
Hər gün yediyimiz bu qidalar xərçəngi yaradır

Təndir tüstüsü və kəskin duzlu qidalar xərçəng riskini artırır.

Bunu SBÜ Van Təhsil və Araşdırma Xəstəxanasının baş həkimi Sabahaddin Çelik deyib.

Professorun sözlərinə görə, xəstəxanada son dövrlərdə aparılan araşdırmalar nəticəsində məlum olub ki, təndirdən çıxan tüstü və kəskin duzlu qidalar qida borusu və mədədə xərçəngin yaranma riskini artırır. Buna görə də təndir çörəyi belə mədə və qida borusu xərçənginin risk faktorları arasında yer alır. Professor qeyd edir ki, bu tip xərçəng növünə qadınlarda iki dəfə çox rast gəlinir: "Dünya miqyasında daha çox ağ ciyər, prostat və döş xərçəngi genişmiqyaslı yayılmasına görə ilk sıradadır. Lakin bizim bölgəmizdə mədə və qida borusu xərçəngi daha çox yayılıb. Bu da insanların düzgün qidalanmamasından irəli gəlir.

Sabahaddin Çelik nəzərə çatdırıb ki, bu tip xərçənglərdən qorunmaq üçün qidalanma vərdişlərinə diqqət yetirmək lazımdır: "Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, xərçəng xəstəliklərinin 70%-nin qarşısı alına bilər. Buna görə də insanların həyat tərzləri və qida rasionuna diqqət yetirməsi vacibdir”./publika.az

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti