Xəzər Xəbər

Nə üçün düyü yeməliyik? DAHA BİR TƏSİRİ

Cəmiyyət | 13:42 • 8 Dekabr 2018
Nə üçün düyü yeməliyik?

Aparılan araşdırmalar göstərib ki, gündə yarım stəkan bişmiş yağsız düyü yemək orqanizm üçün çox faydalıdır.

XəzərXəbər xəbər verir ki, düyü bədənin gündəlik fol turşusu və B vitamini ehtiyacının 23 faizini qarşılayır. Bu sayədə hüceyrələrin yenilənməsinə yardım edir. Ehtiva etdiyi 15 növdən çox vitamin, mineral və faydalı antioksidantlar sayəsində düyü bədəni enerji ilə təmin edən əsl qida anbarıdır. Xüsusən son illərdə fol turşusu, kalium, maqnezium, selen, lif, dəmir və sink tərkibinə görə düyü pəhriz reseptlərinə daxil edilməyə başlanıb.

Aparılan bir araşdırma nəticəsində fol turşusunun, həmçinin ürək-damar sağlamlığı və anadangəlmə ürək narahatlıqlarının müalicəsi üçün effektli olduğu üzə çıxıb. Düyü bədənin sağlam şəkildə qocalmasını dəstəkləyir.

Bundan başqa, bədənin yavaş-yavaş həzm etdiyi kompleks karbonhidrat serotonin hormonlarının ifraz olunmasını təmin edir və bədəni gümrah saxlayır, eləcə də iştahanı nəzarət altında saxlayır.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti