Nazirlər Kabineti
"Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması
üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və
saxlanılması Qaydaları"nda dəyişikliklər edib.
XəzərXəbər xəbər evrir ki, qaydalara aşağıdakı dəyişikliklər edilib:
1. Adına və 1-ci hissəsinə "sənədlərin” sözündən sonra "və məlumatların” sözləri əlavə edilsin.
2.
Həmin qərarla təsdiq edilmiş "Sosial müavinətlərin, təqaüdlərin və
kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin
rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” üzrə:
2.1. adına, 1.1-ci və 4.8-ci bəndlərinə "sənədlərin” sözündən sonra "və məlumatların” sözləri əlavə edilsin;
2.2. Qaydalara 1-7 nömrəli əlavələrin yuxarı sağ küncünə "sənədlərin” sözündən sonra "və məlumatların” sözləri əlavə edilsin;
2.3.
Qaydalara 1 nömrəli əlavəyə "sənədləri” sözündən sonra "və məlumatları
(ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin, doğum haqqında akt qeydinin
nömrəsi, tarixi və qeydiyyata alındığı orqanın adı)” sözləri əlavə
edilsin;
2.4. Qaydalara 7 nömrəli əlavə - "Müavinət, təqaüd və
kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı”
üzrə:
2.4.1. 1-ci hissəyə "sənədlər” sözündən sonra "və məlumatlar” sözləri əlavə edilsin;
2.4.2.
1.1-ci bənd aşağıdakı redaksiyada verilsin: "1.1. müavinət, təqaüd və
kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən
sənəd (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati
ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə
nümayəndələrinin arayışı);
2.4.3. 1.2-ci, 1.3-cü, 2.4-cü, 2.6-cı, 2.9-cu, 2.10-cu, 2.13-cü, 2.15-ci, 2.26-cı və 2.31-ci bəndlər ləğv edilsin;
2.4.4. aşağıdakı məzmunda 1.5-ci bənd əlavə edilsin:
"1.5.
Aylıq müavinətin, təqaüdün və kompensasiyanın təyin edilməsi üçün
müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan
sənəd və məlumatların Azərbaycan Respublikası- nın
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
tərəfindən "Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası
Qanununun 2.1.13-cü maddəsinə əsasən elektron formada əldə edilməsi
məqsədi ilə aşağıdakı dövlət orqanlarının və təşkilatlarının informasiya
ehtiyatlarından və sistemlərindən istifadə olunur:
1.5.1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi; 1.5.2. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi; 1.5.3. Azərbaycan Respublikasının
Təhsil Nazirliyi; 1.5.4. Azərbaycan Respublikasının
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti.”; 2.4.5. 2-ci hissədə "sənədlər də” sözləri "sənədlər və məlumatlar da” sözləri ilə əvəz edilsin;
Qaydalarda bir sıra yarımbəndlər ləğv edilib.