Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb, 2020-ci ilin yanvar-oktyabr aylarında 386 milyon 846 min 600 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib ki, ixracın dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə artaraq 334 milyon 49 min ABŞ dolları təşkil edib, 281 milyon 251 min 400 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.
(Azərtac)