Xəzər Xəbər

Bitki sağlamlığına nəzarət üzrə effektiv sistem yaradılıb

İqtisadiyyat | 18:25 • 17 İyul 2020
Bitki sağlamlığına nəzarət üzrə effektiv sistem yaradılıb

"Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 2019-cu il üzrə icrası çərçivəsində bitki sağlamlığına nəzarət üzrə effektiv və müasir tələblərə cavab verən sistem yaradılıb.


Qida Təhlükəsizliyi Agentliyi Dövlət Proqramında icrası nəzərdə tutulmuş əkin təyinatlı torpaq sahələrində bitki mühafizəsi vasitələrindən və aqrokimyəvi maddələrdən istifadəyə dair keçirilən monitorinqlər zamanı torpaqların aqrokimyəvi analizləri aparılıb.


Agentlikdən xezerxeber.az-a verilən məlumata görə, bitki mühafizəsi vasitələri və aqrokimyəvi maddələrdən normativlərə uyğun istifadə ilə əlaqədar fermer və ailə-kəndli təsərrüfatları maarifləndirilib.


Əsas kənd təsərrüfatı bitkilərinin zərərli orqanizmlərdən mühafizəsi üzrə təlimatlar hazırlanaraq nəşr edilib.

Xəbər lenti