Xəzər Xəbər

Azərbaycana bu il 23 mindən çox avtomobil idxal olunub

İqtisadiyyat | 11:19 • 16 İyul 2020
Azərbaycana bu il 23 mindən çox avtomobil idxal olunub

Bu ilin yanvar-iyun aylarında Azərbaycana 23 413 ədəd avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 24,9% çoxdur.


Dövlət Gömrük Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, hesabat dövründə ölkəyə 21 917 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal olunub. Bu göstərici ötən ilin göstəricisindən 29,2% çoxdur.


Bundan başqa, bu ilin ilk altı ayında ölkəyə 1 345 ədəd (ötən ilin analoji dövrü ilə müqayisədə (15,6% az) yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri, 71 ədəd (azalma 24,7%) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri və 75 ədəd (6 ədəd az) xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.


Komitənin məlumatına görə, bu ilin yanvar-iyun aylarında ölkəyə 2 052 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, həmçinin 82 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub.


Ümumi olaraq, yanvar-iyun aylarında avtomobil idxalının dəyəri 289 912,4 min ABŞ dolları təşkil edib.

Xəbər lenti