Xəzər Xəbər

Qazaxıstan Azərbaycana aviareysləri mədudlaşdırır

İqtisadiyyat | 11:39 • 2 Mart 2020
Qazaxıstan Azərbaycana aviareysləri mədudlaşdırır

Qazaxıstan martın 5-dən koronavirus infeksiyasının yayıldığı ölkələrə aviareyslərin sayını azaldacaq. Bu barədə Sənaye və İnfrastruktur İnkişafı üzrə nazir müavini Berik Kamaliyev bildirib.


Martın 5-dən etibarən Nur–Sultan-Bakı aviareysi dayandırılır. Almatı–Bakı istiqamətində aviareys həftədə 5 dəfədən bir dəfəyə, Aktau–Bakı aviareysi isə 7 reysdən bir reysədək azaldılır.


Onun sözlərinə görə, yuxarıda qeyd olunan reyslərə biletləri olan sərnişinlər martın 1-dən biletlər üzrə ödənişləri alındığı yer üzrə cərimə sanksiyaları olmadan və tam həcmdə geri qaytarılmasını rəsmiləşdirə bilərlər.

Xəbər lenti