Xəzər Xəbər

Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı 8%-dən çox artıb

İqtisadiyyat | 17:24 • 3 Dekabr 2019
Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı 8%-dən çox artıb

Bu ilin yanvar-noyabr ayları ərzində Gürcüstana 8 690 352 beynəlxalq səyahətçi səfər edib.


Bu barədə Gürcüstan Milli Turizm Agentliyindən bildirilib.


Qeyd olunub ki, bu göstərici ötən ilin hesabat dövrü ilə müqayisədə 7,2% artıb. Təkcə cari ilin noyabr ayında isə Gürcüstana 670 122 beynəlxalq səyahətçi səfər edib. Hesabat dövründə Gürcüstana edilən bütün beynəlxalq səyahətlərin 4 768 432-si turizm məqsədi ilə baş tutub ki, bu da əvvəlki illə müqayisədə 6,3% çoxdur.


Hesabatda qeyd edilib ki, noyabr ayında Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı 8,1% artıb. Azərbaycan bu ölkəyə ən çox beynəlxalq səyahətçi göndərən ikinci ölkə olub.


Gürcüstana gedən Rusiya vətəndaşlarının sayı isə 10% azalıb.


Cari ilin ilk iki rübü ərzində Gürcüstanın turizm gəlirləri əvvəlki illə müqayisədə 95 mln. ABŞ dolları artaraq 1,5 mlrd. dollara çatıb. (APA)

Xəbər lenti