Xəzər Xəbər

Biləcəridə bu ərazidə xətlənmə işləri aparılacaq

İqtisadiyyat | 11:05 • 22 Aprel 2019
Biləcəridə bu ərazidə xətlənmə işləri aparılacaq

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Natavan küçəsində üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən xezerxeber.az-a verilən məlumata görə, məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Xəbər lenti