Xəzər Xəbər

Gömrük Komitəsi elektron ticarətdən 400 min manatdan çox rüsum yığıb

İqtisadiyyat | 11:45 • 25 Sentyabr 2018
Gömrük Komitəsi elektron ticarətdən 400 min manatdan çox rüsum yığıb

2018-ci ilin yanvar-sentyabr ayında Dövlət Gömrük Komitəsi tərəfindən elektron ticarətdən 400 min manatdan çox gömrük rüsumu yığılıb.


Xezerxeber.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev sentyabrın 25-də Qusarda KİV nümayəndələri üçün nəzərdə tutulan "Gömrük İslahatları və Modernləşdirilmə" mövzusunda təşkil edilən təlimin açılış mərasimində deyib.


O bildirib ki, 2016-cı ildə elektron ticarətdən 19 min manat, 2017-ci ildə 16 min manat yığıldığı halda, 2018-ci ildə elektron ticarətdən 400 min manatdan çox gömrük rüsumu yığılıb. Buna səbəb isə bu istiqamətdə aparılan ardıcıl islahatlardır.

Xəbər lenti