Bu ilin may ayında Venesuelada inflyasiyanın illik səviyyəsi 24 600% təşkil edib.
"Report"un xarici mətbuata istinadən yaydığı xəbərə görə, bu barədə ölkənin Milli Assambleyası məlumat yayıb.
Məlumata əsasən, təkcə mayda Venesuelada qiymətlər 110%, yəni 2 dəfədən çox artıb. Ölkənin milli valyutası bolivar son 1 ildə ABŞ dolları qarşısında dəyərini 98% itirib.