Xəzər Xəbər

Balotelli karyerasını Braziliyada davam etdirə bilər

İdman | 12:59 • 16 Noyabr 2020
Balotelli karyerasını Braziliyada davam etdirə bilər

İtaliya millisinin sabiq futbolçusu Mario Balotelli karyerasını Braziliyada davam etdirə bilər.


"Sky Sport" xəbər verir ki, "Vasko da Qama" 30 yaşlı hücumçunun transferi ilə bağlı danışıqlara başlayıb.


Kluba yeni təyin edilən idman direktoru Fabio Kordelya bir neçə həftədir italiyalı oyunçu ilə əlaqə yaradır. Balotelli Braziliya təmsilçisinin təklifini bəyəndiyini, lakin hələ ki Avropa klublarından dəvət gözlədiyini söyləyib.


Qeyd edək ki, Mario Balotelli ötən mövsüm A Seriyasında "Breşiya"nın heyətində 19 oyuna 5 qol vurub. O, daha əvvəl ölkəsində "İnter", "Milan", İngiltərədə "Mançester Siti" və "Liverpul" kimi klubların formasını geyinib./report

Xəbər lenti