Xəzər Xəbər

Rusiyanın Türkiyəyə məğlub olması tarixdə ilkdir

İdman | 12:15 • 16 Noyabr 2020
Rusiyanın Türkiyəyə məğlub olması tarixdə ilkdir

Rusiya millisi tarixində ilk dəfə Türkiyə yığmasına məğlub olub.


XəzərXəbər qol.az-a istinadən xəbər verir ki, Stanislav Çerçesovun kollektivi ötən gecə Millətlər Liqasının 5-ci turunda Şenol Güneşin komandasına minimal fərqlə uduzub- 2:3.


Bu, Rusiya millisi üçün ilk hesab edilir. Belə ki, komandalar arasında ümumilikdə 8 görüş keçirilib. Onlardan 3-ü heç-heçə, 4-ü Rusiyanın qələbəsi ilə başa çatıb. Ötən gecə isə Türkiyə ilk dəfə bu rəqibini məğlub etməyi bacarıb.


Qeyd edək ki, bunadək Türkiyə 1975-ci ildə SSRİ yığmasını üstələyib- 1:0.

Xəbər lenti