Xəzər Xəbər

İbrahimoviç “Milan” klubu ilə yeni müqavilə imzalayıb

İdman | 18:06 • 26 Avqust 2020
İbrahimoviç “Milan” klubu ilə yeni müqavilə imzalayıb

İtaliyanın "Milan” klubu futbolçusu Zlatan İbrahimoviç ilə bir il müddətinə müqavilə imzalayıb.


Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, müqaviləyə əsasən, isveçli futbolçu "Milan”da 7 milyon avro qazanacaq.


Futbolçu ilə yeni müqavilənin imzalanması rəsmi şəkildə yaxın günlərdə elan olunacaq.


Qeyd edək ki, Z.İbrahimoviç 2019-2020-ci il mövsümün əvvəlində İtaliya təmsilçisinə transfer edilib. O, milanlıların heyətində keçirdiyi 20 oyunda 11 dəfə fərqlənib.

Xəbər lenti