Xəzər Xəbər

"Fənərbağça" heyətini gücləndirməyə davam edir

İdman | 14:01 • 25 Avqust 2020
"Fənərbağça" heyətini gücləndirməyə davam edir

"Fənərbağça" sayca səkkizinci transferini rəsmi olaraq tanıtmağa hazırlaşır.


"Fənərbağça" komandaya "yeni nəfəs"lər qatmağa davam edir. Klub bu dəqiqələrdə İspaniya 2-ci liqası klublarından "Las Palmas"ın oyunçusu Mauriko Lemosu İstanbula gətirib.


24 yaşlı gənc Uruqvaylı müdafiəçi ilə 1,5 milyon avro müqabilində razılığa gələn klub, yaxın saatlarda transferi rəsmiləşdirəcək.


Xatırladaq ki, "Las Palmas" klubu ilə müqaviləsi bitən oyunçu bu mövsüm 26 oyunda start heyətdə yer almış və 1 qol vurmuşdur./Offsideplus.az

Xəbər lenti