Xəzər Xəbər

"Qalatasaray" "Barselona"nın futbolçusu ilə danışıqlara başladı

İdman | 12:52 • 25 Avqust 2020
"Qalatasaray" "Barselona"nın futbolçusu ilə danışıqlara başladı

İspaniyanın "Barselona" klubunun futbolçusu İvan Rakitiç karyerasını Türkiyədə davam etdirə bilər.


32 yaşlı yarımmüdafiəçi ilə "Qalatasaray" maraqlanır. Artıq xorvatiyalı oyunçu ilə danışıqlara başlanılıb. Daha əvvəl futbolçunun "Sevilya"ya dönmək istədiyi xəbərləri yayılıb.


Qeyd edək ki, İvan Rakitiç ötən mövsüm "Barselona"nın heyətində 42 oyuna 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti