Xəzər Xəbər

"Milan" "Çelsi"nin futbolçusunu icarəyə götürdü

İdman | 11:46 • 24 Avqust 2020
"Milan" "Çelsi"nin futbolçusunu icarəyə götürdü

"Milan" "Çelsi"nin yarımmüdafiəçisi Temue Bakayokonu icarəyə götürüb.

"Sky Sport İtalia" xəbər verir ki, London klubu fransalı yarımmüdafiəçini "qırmızı-qaralar"a satın alma şərti ilə bir illik icarəyə verib. Milan təmsilçisi 26 yaşlı futbolçunu 30 milyon avroya birdəfəlik transfer etmək hüququna malikdir.

Bakayoko 2018/19 mövsümünü icarə əsasında"Milan"da keçirmişdi. O, ötən mövsüm "Monako"nun formasını geyinib.

"Çelsi"Bakayokonu2017-ci ildə "Monako"dan 45 milyon avroya transfer edib.

Xəbər lenti